“Telegram” yenə ÇÖKDÜ

Şənbə günü Rusiyada “Telegram” messencerinin işində uğursuzluqlar müşahidə edilir.

Gununsesi.info xəbər verir ki, bu, məşhur internet resurslarının işini izləyən “Downdetector” xidmətinin səhifəsində yerləşdirilən məlumatda deyilir.

Moskva vaxtı ilə 18:35-ə olan məlumata görə, sosial şəbəkənin işində uğursuzluqlar barədə 672 məlumat qeydə alınıb.

Problemlər haqqında məlumat verən istifadəçilərin əksəriyyəti (46%) müraciətlə bağlı problemlərdən, 34% – serverə qoşulmadan, 26% isə mesaj alma problemlərindən şikayətləniblər. Ən aktiv problemlər haqqında Moskva və Sankt-Peterburqdan məlumat verilib.

Belarus və Ukraynada istifadəçilər də messencerin işindən şikayətləniblər.

Gununsesi.info