
“Telegram” messencer proqramının işində yaranan qüsurların səbəbi bir sıra serverlərdə elektrik təchizatının kəsilməsi olub.
Gununsesi.info xəbər verir ki, bu barədə proqramın təsisçisi Lev Durov açıqlama verib.
O bildirib ki, hazırda problemin aradan qaldırılması üçün işlər davam etdirilir.
Qeyd edək ki, bu gün “Telegram”ın Rusiya, Ukrayna, İtaliya və Almaniyadakı istifadəçiləri ismarıcların göndərilməsində çətinliklərlə üzləşib.
Azərbaycanda da “Telegram” messencer proqramından istifadə edənlər problemlərlə qarşılaşıb.
Gununsesi.info