31-ci dekabr 2016-cı il tarixinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Teleradio” İstehsalat Birliyinin aktivləri 2015-ci illə müqayisədə 5,26% azalaraq 17,571 mln. manata çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə 2016-cı il üzrə maliyyə hesabatında qeyd edilib. Hesabat “PricewaterhouseCoopers Azerbaijan LLC” (“PwC Azerbaijan”) audit şirkəti tərəfindən aparılıb.
Aktivlərin 14,369 mln. manatı uzunmüddətli, 3,202 mln. manatı isə qısamüddətlidir.
Hesabat dövründə birliyin öhdəlikləri 7,97% artaraq 1,95 mln. manat təşkil edib. Öhdəliklərin 755,220 min manatı uzunmüddətli, 1,195 mln. manatı isə qısamüddətlidir.
Nizamnamə kapitalı dəyişməyərək 8 mln. 359,428 min manat olaraq qalıb. Birliyin cəmi kapitalı 6,68% azalaraq 15,621 mln. manata enib.
“Teleradio” İB 2016-cı ili 1 mln. 118,845 min manatlıq zərərlə başa vurub. 2015-ci ilin sonuna İB-nin zərəri 1 mln. 547,233 min manat təşkil edib.
Gununsesi.info