
ABŞ-ın NBC telekanalının “News4” xəbərlər proqramının aparıcısı Natalie Pasquarella qonağı olduğu verilişdə televiziya tarixində nadir hallarda görünə biləcək bir olay yaşayıb.
Gununsesi.info milli.az-a istinadən xəbər verir ki, hamiləliyinin 8-ci ayında olan Natalie Pasquarella canlı yayım zamanı doğmaq üzrə olduğunu gizlətməyə çalışıb. Aparıcının həmkarları studiyada baş verənlərdən xəbərsiz olublar.
Qadın xəbər yayımının bitməyini gözləyərək, baş verənləri hər kəsdən gizlədib. Proqram sona çatdıqdan sonra vəziyyəti studiyadakılara bildirən Natalie Pasquarella dərhal xəstəxanaya çatdırılıb. Aparıcı xəstəxanada övladını dünyaya gətirib.
Gununsesi.info