Azərbaycanda “reket mətbuata” qarşı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar ənənə halını alıb. Amma bu, medianın üzqarasına çevrilənlərin tam sıradan çıxmasına səbəb olmur.
Baxmayaraq ki, Azərbaycanda yeni “Media Haqqında” qanun qəbul olunub.
Həmin qanuna görə, media fəaliyyəti ilə məşğul olan subyektlərin dövlət reyestrindən keçməsi vacibdir.
Amma bəzi media adı ilə fəaliyyət göstərən bəzi saytlar bölgələrdə idarə-müəssisə və digər dövlət qurumlarının təmsilçilərini şantaj etməklə məşğuldur.
Gununsesi.info -nun xəbərinə görə,bu cür fəaliyyətlə məşğul olanlardan biri də “telexeber.az” adıyla vəzifəli şəxs “ovuna” çıxan saytdır.
Belə ki, bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsi haqqında “material” dərc edən bu saytın qeyri-peşəkarlığı, onu hazırlayanın savadsızlığı kiçik bir yazıda saysız-hesabsız səhvlərlə özünü göstərir.
Həmin “saytın” reketçilik fəaliyyəti ilə bağlı redaksiyamıza təqdim olunan məlumatların araşdırmasını yaxın günlərdə təqdim edəcəyik.
Hələlik, onu qeyd edək ki, özünü jurnalist adlandıranlar
İndi isə özünü media qurumu adlandıran “telexeber.az”ın kiçik məqalələsindəki çoxsaylı səhvləri təqdim edirik.
Elmar Elnuroğlu
Gununsesi.info