
Bir neçə gündür Telli Borçalı və gənc müğənni Ariz Hüseynov arasındakı sevgi münsaibətləri hamını heyrətləndirib. Yazılanların nə qədər doğru olub olmadığını öyrənmək üçün Ariz Hüseynovla əlaqə saxladıq. Müğənninin Gununsesi.info-ya verdiyi xəbərə görə deyilənlər əsassızdır:
“Yazılanlar yalandır. Biz heç vaxt sevgili olmamışıq. Eşidən kimi şoka düşdüm. İnanmayın bu söhbətlərə. Mən onunla yalnız sənət dostu kimi yaxınam başqa münasibətdən söhbət gedə bilməz. Hazırda paytaxtda deyiləm. Amma gələn kimi bu yalan xəbər yayan jurnalistlə bağlı ciddi düşünəcəm. Cəzasını çəkəcək. ”
Yayılan bu xəbər ilə bağlı Telli Borçalının fikrini öyrənmək istəsək də, əlaqə yarada bilmədik. Xəbərlər yayılan gündən aşığın telefonu susur.
Sevinc Xeyrulla