Telman İsmayılov bu ölkədə gizlənib - PREZİDENTİN RAZILIĞI İLƏ

  • By admin
  • 17 Aprel 2018 23:20
Rusiyada sifarişli qətldə ittiham olunan Telman İsmayılovun gizləndiyi ölkənin adı açıqlanıb.

Gununsesi.info olke.az-a istinadən xəbər verir ki, onun Monteneqroda gizlənə biləcəyi bildirilib.

Qeyd olunur ki, iş adamı həmin ölkənin rəhbərliyi ilə razılığa gəlib. Razılığa əsasən o, heç vaxt Rusiyaya ekstradisiya edilməyəcək.

Xatırladaq ki, ötən il İsmayılovlar ailəsi Antalyadakı “Mardan Palace” mehmanxana kompleksinin ərazisində yerləşən malikanədə yaşayırdı. Lakin onlar Rusiyaya təhvil verilməkdən ehtiyatlanaraq Türkiyəni tərk ediblər.

Gununsesi.info