Gununsesi.info rus mətbuatına istinadən xəbər verir ki, Telman İsmayılov Provansda məskunlaşmaq üçün Fransaya müraciət edib.

Milyarder Fransa xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşərək Rusiyanın güc sturukturlarının rəhbərləri ilə bağlı əlində kompromatların olduğunu bildirib. İsmayılov bunların qarşılığında siyasi sığınacaq istəyib.

Qeyd edək ki, noyabrın əvvəlində onun və qardaşı Vaqifin barəsində həbs qərarı çıxarılıb.

Onlar 2016-cı ilin mayında Podmoskovyedə Novorij şossesində törədilən iki qətldə ittiham edilir. Həmin gün ticarət kompleksinin sahibi Vladimir Savkin və “Lyublino motors” şirkətinin təsisçisi Yuri Brilev qətlə yetirilib.

Bununla yanaşı, Telman İsmayılovun o biri qardaşı Rafiq də qətldə təqsirləndirilir. O, həbsdə saxlanılsa da, bu ittihamları rədd edir. Həmçinin Mehman Kərimov adlə şəxs də onunla birgə saxlanılıb.

Noyabrın 13-də Telman İsmayılov barəsində beynəlxalq axtarış elan edilib. Onun harda olması naməlum olaraq qalır. Bəzi mənbələrə görə, iş adamı ya Türkiyədə, ya da Fransada gizlənir.