Telman İsmayılov və qardaşları ilə bağlı ilginc bilgilər ortaya çıxıb - ONLARIN FRANSAYA SIĞINMA SƏBƏBLƏRİ

  • By admin
  • 14 Noyabr 2017 13:18

Telman İsmayılovun qardaşı, sabiq polis əməkdaşı Vaqif İsmayılov bir neçə şəxsin qətlində və qardaşlarını polisdən himayə etməkdə ittiham olunur.

Gununsesi.info “rosbalt”a istinadən xəbər verir ki, hazırda Türkiyədən  qaçaraq Fransaya sığınan Telman və Vaqif İsmayılov qardaşları barədə daha ilgin məlumatlar ortaya çıxıb.

Vaqif İsmayılov qardaşı Rafiqin həbsindən sonra 2016-cı ilin payızından etibarən hüquq-mühafizə orqanlarından gizlənməyə başlayıb. Çünki Vaqif qanunsuz silahdaşıma və qətl hadisəsində ittiham olunduğundan barəsində beynəlxalq axtarış elan olunub.

Vaqif İsmayılov eyni zamanda, qardaşlarının cinayət əməlini gizlətməkdə və bizes fəaliyyətini himayə etməkdə də ittiham olunur. Belə ki, Vaqif uzun müddət Rusiya Daxili İşlər Naziriliyi orqanlarında yüksək postlarda çalışıb və etnik qruplar arasında baş verən cinayətlərin araşdırılması ilə məşğul olub.

Vaiqf İsmayılovun bu əməlləri barədə istintaqa Rafiq İsmayılovun köməkçisi Sergey Qavryuşin məlumat verib. Qavryuşin “Praqa” restoranında İsmayılov qardaşlarının qətl hadisələrini planladıqlarının və polis orqanları ilə qarşılıqlı birgə hərəkətlərini müzakirə etdiklərinin şahidi olduğunu istintaqa bildirib. Vaqifin qardaşlarının biznesinin inkişaf etdirilməsi üçün polislə onlar arasında vasitəçi olduğunu da qeyd edib.

Qavryuşin bildirib ki, Telman və Rafiq qardaşları hər ay Moskvada yüksəkçinli polis əməkdaşına bahalı hədiyyələr və konvertlər aparıb. Bunun müqabilində, yəni qarşılıqlı əməkdaşlıq nəticəsində polis İsmayılovlara rəqib digər bazarlarda əməliyyatlar həyata keçirib. Polisin  yüksəkçinli məmurları ilə Telman arasında münasibətlərin yaranmasında isə Vaqifin müstəsna rolu olduğu qeyd olunur. Ona  görə də Qavryuşinin verdiyi ifadəyə əsasən İsmayılovlar barəsində yeni bir cinayət işinin;- hüquq-mühafizə orqanlarında onlara yardım edən şəxslər barəsində cinayət işinin açılması gözlənilir.

Telman və Vaqif qardaşlarının Fransanı seçməsi də təsadüf hesab edilmir. Belə ki, burada onların yaxın dostlarından olan sabiq polis əməkdaşı Dmitri Zaxarçenko yaşayır. Zaxarçenko ilə İsmayılov hələ Moskvada bazara rəhbərlik etdiyi dövrdən tanışdır.

Zaxarçenko Fransaya köçdükdən sonra Telman İsmayılovla Parisdə görüşüb, onunla birgə biznes layihələr həyata keçirmək istədiyini bildirib. İsmayılov qardaşlarının Türkiyədən Fransaya sığınmasının kökündə dayanan məsələlərdən biri də bu ölkədə öz yeni biznes layihələrinə start vermək niyyətləridir.

Hazırladı Mürtəza

Gununsesi.info