Telman İsmayılovun adı Rövşən “Lənkəranski”nin qətlində hallanır- O, QARDAŞI VASİTƏSİLƏ "LOTU QULİ"YƏ İNFORMASİYA ÖTÜRÜB

Telman İsmayılovun adı Rövşən “Lənkəranski”nin qətlində hallanır

İki nəfərin qətli ilə bağlı beynəlxalq axtarışa verilən iş adamı Telman İsmayılovla bağlı maraqlı faktlar ortaya çıxıb.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, rus hüquq-mühafizə orqanlarından qaçaraq Türkiyəyə sığınan biznesmen bu dəfə də “qanuni oğru” Rövşən “Lənkəranski”nin qətl işi ilə bağlı əsas fiqura çevrilib.

“Prestupnoy Rossii”nin yazdığı məlumata görə, 2016-cı ildə qətlə yetirilən Canıyevin cinayət işi hələ də açılmamış qalır. Baxmayaraq ki, 2017-ci ilin yanvarında Rəşad” Gəncinski” kriminal dairələrdə “Lənkəranski”nin onun sifarişi ilə öldürüldüyünü elan etmişdi. Qeyd edək ki, Rəşad “Gəncinski” isə öz növbəsində  “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) klanına daxildir.

Türkiyə hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Telman İsmayılov qardaşı vasitəsilə “Lotu Quli”yə ötən il Rövşən Canıyevin harda olması ilə bağlı son informasiyanı ötürüb. Məhz bu informasiyanın sayəsində Canıyev İstanbulda güllələnib.

Mənbə onu da qeyd edir ki, Nadir Səlifovun qardaşı müflis olan iş adamı T.İsmayılovun villasının fəxri qonaqlarından olub.

Təsadüfi deyil ki, Türkiyənin də onlar üçün təhlükəsiz yer olmadığını anlayan İsmayılov qardaşları sığınacaq üçün Fransaya üz tutublar.

Gununsesi.info

COMMENTS