
Milli Hidrometeorologiya Xidməti qarşıdakı 3 gün ərazində gözlənilən hava şəraiti haqqında məlumatı açıqlayıb.
Xidmətdən Gununsesi.info-ya verilən məlumata görə, avqustun 11-14-də ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40 °, bəzi yerlərdə 41-42° isti, Respublikanın rayonlarında 35-40 ° isti, Naxçıvan MR-nın və aran rayonlarının bəzi yerlərində 42-43°-dək yüksələcəyi gözlənilir.