Teomandan nümunəvi addım: 30 illik gitarasını satdı

Türkiyənin rok musiqisinin ustası Teomanın 30 illik gitarasını onlayn hərracda satıb.

Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, Teomanın gitarasından əldə edilən gəlir Uşaq Müdafiəsi Agentliyinə bağışlanacaq və uşaqlara xərclənəcək.

Bildirilir ki, 30 illik gitara dünən axşam təşkil edilən hərracda 466 min TL-yə satılıb.

Teoman bundan əvvəl mirasının dörddə birini uşaqlara bağışlayacağını demişdi.

Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş Teomanın bu jestinə görə ona təşəkkür edib: “Sənət dünyamızın dəyərli adı olan Teomanın mirasının bir hissəsini dövlətimizin himayəsində olan uşaqlara bağışlayacağını bildirməsinə görə çox şadam. Bunun üçün ona təşəkkür edirəm, ümid edirik ki, nümunə olacaq”.

 

 

Günay

Gununsesi.info