İraqın Kərkük vilayətinin Riyad qəsəbəsindəki polis məntəqəsinə qarşı terror aksiyası həyata keçirilib.
Gununsesi.info İraq mətbuatına istinadla xəbər verir ki, terror nəticəsində 1 nəfər polis əməkdaşı ölüb, 1 isə ağır yaralanıb. Verilən məlumatlarda bildirilib ki, terror aksiyasını İŞİD radikal dini qruplaşmanın üzvləri törədiblər.
Aksiyadan sonra vilayətdə genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Gununsesi.info