Tereza Mey İtaliyada istirahətdə

  • By admin
  • 31 İyul 2019 16:27

Böyük Britaniyanın sabiq Baş Naziri Tereza Mey İtaliyaya istirahətə yollanıb.

Gununsesi.org-un “Brescia Oggi” nəşrinə istinadən verdiyi xəbərə görə, o, əvvəlcə Qarda gölündə dincəlib, daha sonra isə Sirmionada alış-veriş edib.

 Mey əri Filipp ilə birlikdə yerli zərgərlik dükanlarını gəzib. Qeyd olunur ki, o, bir neçə boyunbağı alıb və italyan zərgər dizayneri ilə görüşüb.

Bu məqamda bildirək ki, İngiltərənin yeni Baş Naziri Boris Consondur.

 Gununsesi.org