Nigeriyanın Madaqali şəhərində törədilən iki partlayış nəticəsində ölənlərin sayı 56-ya nəfərə çatıb.
Gununsesi.info RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin şimal-şərqində yerləşən Madaqali şəhərinin bazarında qeydə alınıb.
Son məlumata əsasən, bazarda bir-birinin ardınca baş verən iki partlayış nəticəsində 56 nəfər ölüb, 57 nəfər yaralanıb.
Madaqali şəhəri ötən il “Boko Haram” terror qruplaşmasının silahlılarından təmizlənib. Hazırda Nigeriya ordusu Madaqali yaxınlığında gizlənən terrorçuların mövqelərinə zərbələr endirir.
Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.
Gununsesi.info