Moskvada konsert zalında törədilən terror aktında 100-dən çox insanı xilas edən 15 yaşlı İslam Xəlilov faciəli hadisədə baş verənlərdən danışıb.
Gununsesi.info-nun xəbərinə görə, Xəlilov deyib ki, o, “insanlar eskalatorlarla yuxarı qalxmağa başlayanda fövqəladə vəziyyət yarandığını anlayıb”. Gənc deyib ki, o zaman “instinktlə” hərəkət edib və “Crocus City Hall” kompleksi daxilindəki başqa binaya gələnlərin evakuasiyasını tez bir zamanda təşkil etmək üçün obyekt haqqında geniş biliyindən istifadə edib:
“Mən bütün foyedə, bütün “Crocus City Hall”da qışqırmağa başladım – “Atışma var! Hamınız yarmarkaya qaçın!” – və mən onlara hara getməli olduğunu göstərir və hamıya kömək edirdim.”
Xəlilov əlavə edib ki, o, heç kimi geridə qoymamaq üçün bütün qrupun arxasınca qaçıb.
Hücumdan “həqiqətən qorxduğunu” deyən Xəlilov buna baxmayaraq, fövqəladə hallarda insanların necə təxliyə edilməsi ilə bağlı əvvəllər ona verilən göstərişlərdən düzgün istifadə etməyi bacarıb.
Xəlilovun uğuru bir çox Rusiya mətbuatı tərəfindən işıqlandırıldıqdan sonra onun sevimli “Spartak” futbol klubu onu görüşə dəvət edib və ona öz matçına pulsuz vəsiqə verilib.
Rusiyanın məşhur rep ifaçısı Morqenştern gəncə 1 milyon rubl (11 min dollar) verəcəyini açıqlayıb.
Rusiya müsəlmanlarının lideri, müfti Ravil Quynutdin Xəlilovun göstərdiyi şücaətə görə medal alacağını açıqlayıb.
Gununsesi.info