Terror aktı zamanı “Crocus Siti Hall”da nə qədər adam olub?

  • By admin
  • 23 Mart 2024 09:18

Moskvada törədilən terror aktı zamanı “Crocus Siti Hall”un konsert zalında 6200 tamaşaçı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, “Piknik” qrupunun saytında konsertdən əvvəl qrupun çıxışı üçün bütün biletlərin satıldığı bildirilirdi. Öz növbəsində “Crocus Siti Hall” öz saytında zalın 6200 tamaşaçı tutduğunu qeyd edib.

Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyi terror aktı nəticəsində 99 nəfərin öldüyünü bildirib.  Səhiyyə Nazirliyi 145 nəfərin yaralandığını açıqlayıb.

 

Gununsesi.info