İspaniyanın “La Casa de Papel” serialındakı performansı ilə məşhurlaşan Itziar İtuno Martinez terror təşkilatı ETA məhbuslarına dəstək nümayişində iştirak etdiyi üçün bəzi şirkətlərlə reklam müqavilələri ləğv edilib.
Gununsesi.info xəbər verir ki, İspan kino və televiziya aktrisası Itziar Ituno Martinez yanvarın 13-də Bilbaoda ETA məhbuslarını dəstəkləmək üçün keçirilən nümayişdə iştirak edib və ön sıralarda pankart daşıyıb.
Bu nümayişdən sonra BMW-nin Bask və Navarra bölgələrindəki satış ofisləri olan BMW Lurauto bu yaxınlarda Martinez ilə reklam müqaviləsini ləğv etdiyini açıqlayıb. “BMW Lurauto olaraq heç bir siyasi ideologiya ilə bağlı deyilik, buna görə də Lurauto obrazının hər hansı bir ideoloji hərəkətlə əlaqələndirilməsindən təəssüflənirik”, – deyə açıqlamada bildirilib.
İspaniyanın “Iberia” aviaşirkəti dəaktrisanın çəkildiyi reklam çarxını sosial media hesablarından silib.
Digər tərəfdən, ispaniyalı aktrisaya dəstək də verilib. Bəzi pərəstişkarları və ETA məhbuslarına kömək edən “Sare” adlı birlik sosial media vasitəsilə Martinezə dəstək mesajları göndərib.
“La Casa De Papel” serialında Lizbon obrazını canlandıran Itziar Ituno Martinez də son illərdə Başak Demirtaşla görüşüb.
Həmin vaxt PKK terror təşkilatının “Yeni Yaşam” nəşrinə danışan Martinez Suriyadakı qadın terrorçuları tərifləyib.
Gununsesi.info