Aprelin 6-da Moskvanın Manej meydanında aprelin 3-də Sankt-Peterburq metrosunda törədilmiş terror aktının qurbanların anımına həsr olnmuş aksiya keçiriləcək.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları “Qəhrəman Leninqrad şəhəri” memorial abidənin önünə gül qoyacaq və şam yandıracaqlar.
Xatırladaq ki, Sankt-Peterburq metrosunda törədilmiş terrakt nəticəsində 14 nəfər ölüb, 51 nəfər yaralanıb. 20 yaşlı azərbaycanlı Dilbər Əliyeva faciə qurbanı olub, 28 yaşlı Zaur Vəliyev isə ağır yaralanıb.
Gununsesi.info












