Terror təşkilatına ağır zərbə: 76 silahlısı məhv edildi

Somali ordusu və beynəlxalq koalisiya təyyarələrinin birgə keçirdiyi əməliyyat nəticəsində “Əş-Şəbab” terror təşkilatının 76 silahlısı məhv edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Somali Milli Xəbər Agentliyi (SONNA) məlumat yayıb.

Əməliyyat Muduq rayonunda keçirilib.

Toqquşmalar zamanı Somali ordusunun komandirlərindən birinin öldürüldüyü bildirilir.

Somali hökuməti ABŞ-ın başçılıq etdiyi koalisiya hava qüvvələrinin dəstəyi ilə artıq ikinci ildir ki, “Əş-Şəbab” terror təşkilatına qarşı genişmiqyaslı mübarizə aparır.

Gununsesi.info