Terror təşkilatında uşaqlar zorla saxlanılır

Uşaqlar terror təşkilatlarının hədəfindədir. Birləşmiş Millətlər Təşkilatının ‘2023 Uşaq və Silahlı Münaqişə Hesabatı’nda Suriyada uşaqların məruz qaldığı pozuntular rəqəmlərlə açıqlanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, terror təşkilatı PKK/YPG tərəfindən qaçırılan və silah verilən uşaqların sayı hesabatda yer alıb.

Bildirilir ki, onların yaşları 9-17 arasındadır. BMT-nin hesabatına görə, terror təşkilatı PKK/YPG 2023-cü ildə Suriyada 231 uşağı zorla sıralarına qatıb.

Münaqişə zonalarına göndərilən uşaqların yaşları 9-17 arasında dəyişir.

Terror təşkilatı PKK/YPG-nin uşaqlara qarşı tətbiqləri bununla məhdudlaşmır.

Aralarında əcnəbi vətəndaşların da olduğu 800-dən çox uşaq terror təşkilatı PKK/YPG tərəfindən “müxtəlif silahlı qruplaşmalarla əlaqədə olduqları” iddiası ilə saxlanılır.

Məlumata görə, ancaq terror təşkilatı DEAŞ-a aid düşərgələrdə saxlanılan uşaqların sayı təxminən 29 mindir.

Terror təşkilatının düşərgələrindəki uşaqlar da ağır insan haqları pozuntularına, işgəncələrə, pis rəftarlara, təzyiqlərə və psixoloji zorakılığa məruz qalırlar.

PKK/YPG və digər strukturlar 2023-cü ildə 8 uşağı ya öldürüb, ya da şikəst edib.

Bundan əlavə, terrorçular silahlı fəaliyyətləri üçün 31 məktəb və xəstəxanadan istifadə ediblər.

 

 

 

Şəbnəm

Gununsesi.info