Türkiyənin İstanbul şəhərində məşhur “Reina” gecə klubuna silahlı hücumu törədən şəxsin-terrorçunun harda gizləndiyi məlum olub.
Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, milliyətcə uyğur olduğu ehtimal olunan terrorçunun Balıkəsirdən Yunanıstan adalarına qaçdığı idda olunur.
Qeyd edək ki, yanvarın 1-də naməlum silahlı şəxs İstanbuldakı “Reina” gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib.
Sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Nəticədə 39 nəfər ölüb, 65 nəfər isə yaralanıb.
Anar
Gununsesi.info