Terrorçudan terrorçuya “hədiyyə” Molla rejimi Ermənistanı ona görə silahlandırır ki...

Azərbaycanın, 2020-ci ildə uğurlu Vətən müharibəsi apararaq öz torpaqlarını işğaldan azad etməsindən, bu ərazilərdə İran üçün münbit narkotik və silah qaçaqmalçılığı marşrutlarını bağlamasından sonra Tehranın, ölkəmizə qarşı indiyədək gizli apardığı düşmənçilik siyasətini artıq açıq müstəviyə keçirməsinin şahidi oluruq.

Gununsesi.info  xəbər verir ki, bugünlərdə Tehran respublikasının növbəti dəfə Ermənistana gizli yollarla silahlar göndərdiyi məlum olub. Belə ki, oktyabr ayında molla rejimi gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib.

Göndərilən raketlər Ermənistana satılmayıb, hədiyyə kimi, qarşılıqsız verilib. Verilən raketlərin 500 ədədi “Dehlaviyeh”, 100 ədədi isə “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksidir.

Qeyd edək ki, “Dehlaviyeh” TƏİR 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sifarişi ilə, “Almas” kompleksi isə 2021-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının sifarişi əsasında hazırlanıb.

Maraqlıdır, İranın Ermənistana hədiyyə etdiyi bu raketləri İrəvan hansı dövlətə qarşı istifadə edə bilər? Yalnız Azərbaycana qarşı. Yəni İran, raketlərin məhz Azərbaycana qarşı istifadə oluna biləcəyini bilə-bilə onları hədiyyə edir. Bu o deməkdir ki, sabah yaralanan və ya şəhid olan hər bir azərbaycanlının qanı həm də özünü “islam respublikası” adlandıran İranın əlində olacaq.

Bu istiqamətdə öz fikirlərini Publika.az-a açıqlayan Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, İranın bu hərəkətləri tam təbiidir: “Bilirsiniz ki, İran bütün dünya ölkələri tərəfindən terroru dəstəkləyən dövlət kimi tanınır. Ermənistan isə bizim bölgənin əsas terrorçu ölkəsidir. Tehran parlamentində dəfələrlə bəyan edilmiş “eyni amal, iki dövlət” düsturu ilə öz terrorçu qardaşlarını həm müharibə zamanı dəstəkləyib, həm də indi Ermənistanı gücləndirməyə çalışır”.

Onun sözlərinə görə, molla rejimi onların qardaşı olan Ermənistanı ona görə gücləndirməyə çalışır ki, onlar mülki əhaliyə qarşı yeni-yeni terror aktları həyata keçirə bilsinlər: “Bu baxımdan indiki hərəkətlər tam təbiidir. Özünü islam dövləti kimi tanıtıdrmaq istəyən Tehran respublikası islam dəyərlərinə yox, şeytan dəyərlərinə xidmət edir və ümidvaram ki, təbii olaraq zamanı çatanda mütləq Tanrının cəzasına yetişəcək”.

Asim Mollazadə deyib ki, tank əleyhinə idarəolunan bu raketlərin atılması nəticəsində həlak olan hərbçilərin qanında İranın əli var: “Bir daha qeyd etmək istəyirəm ki, şeytana, terrora xidmət edən qüvvələrin cəzasının veriləcəyi gün uzaqda deyil”.

Azərbaycanda belə bir məsələ var: İt, itin ayağını basmaz. Yəni həm də terrorçu terrorçunun.

Gununsesi.info