Maltada müvəqqəti eniş edən Liviya təyyarəsini qaçıran şəxslər ölkənin keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslamın həbsdən azad edilməsini tələb edirlər.
Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki,
təyyarəni qaçıranlardan biri sərnişinləri azad etməyə hazır olduqlarını, lakin tələbləri yerinə yetirilməyəcəyi təqdirdə ekipajı buraxmayacaqlarını bəyan ediblər.
Qeyd edək ki, bir müddət öncə Liviyanın “Afriqiyah Airways” aviaşirkətinə məxsus təyyarə Maltada müvəqqəti eniş edərkən qaçırılıb. Təyyarəni girov götürənlər sərnişinləri azad etməyə başlayıblar.
Bu arada olayla bağlı Maltanın baş naziri Cozef Muskatın Liviyann baş naziri Faez əl Sərrajla telefon əlaqəsi saxladığını bildirib.
Gülnaz Qənbərli
Gununsesi.info