Malinin Quarma-Rarus şəhərində terrorçular hərbi düşərgəyə hücum edib.
Gununsesi.info ria.ru-ya istinadən məlumat verir ki, hücum nəticəsində 5 hərbçi həlak olub, 10-u isə yaralanıb. Hadisə yerinə gələn Fransa hərbçiləri azı 10 terrorçunu məhv ediblər.
Qeyd edək ki, BMT-nin sülhməramlı missiyası hücumu pisləyib və onu “terror aktı” adlandırıb.
Ötən il BMT Təhlükəsizlik Şurası Malidə əsas yaşayış məntəqələrinin sabitləşməsi üçün yeni sülhməramlı missiyanın (MİNUSMA) yerləşdirilməsinin zəruriliyini təsdiqləyib.
Malidə 2013-cü il fevralın 11-dən 4 min Fransadan olan və 6 min Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi dövlətlərindən olan hərbçilər hərbi əməliyyatlar keçirirlər. İyun ayının sonunda BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edib. Qətnaməyə əsasən, indi orada sülhməramlı funksiyaları ilə 11,2 min hərbçidən və 1440 polisdən ibarət “MINUSMA” kontingenti məşğul olacaq.
Gununsesi.info