Terrorçular Sidney-Əbu-Dabi marşrutu ilə uçan “Etihad Airways” şirkətinə məxsus təyyarəni partlatmaq istədi…

  • By admin
  • 01 Avqust 2017 07:34

etihad-livery-7-standard-1

Avstraliyada terrorçular Sidney-Əbu-Dabi marşrutu ilə uçan “Etihad Airways” şirkətinə məxsus təyyarəni partlatmaq istəyib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Daily Telegraph” qəzeti məlumatlı mənbələrə istinadən xəbər verib.

“The Sydney Morning Herald” qəzeti isə bu günlərdə Sidneydə həyata keçirilən antiterror əməliyyatı nəticəsində həbs edilən 4 nəfərin adlarını açıqlayıb. Bunlar Xaled Merhi, onun oğlu Əbdul Merhi, Xaled Xayat və onun qohumu Mahmud Xayatdır. Adıçəkilən şəxslərin Suriyadakı terrorçularla əlaqəli olduğu üzə çıxıb.

Məlumata əsasən, Avstraliya hüquq-mühafizə orqanları ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarından hazırlanan terror aktı ilə əlaqədar məlumat əldə ediblər.

Qeyd edək ki, iyulun 30-da Avstraliyanın baş naziri Malkolm Ternbull təyyarədə planlaşdırılan terror aktının qarşısının alındığını bəyan edərək xüsusi əməliyyat nəticəsində terror aktı törətməyi planlaşdıran 4 nəfərin saxlanıldığını bildirib.

Gununsesi.info