Terrorçular Suriya ordusuna hücum etdi

  • By admin
  • 22 Oktyabr 2019 17:15

YPG/PKK-lı terrorçular “Sülh Çeşməsi Hərəkatı”nda iştirak edən Suriya Milli Ordusunun (SMO) əsgərlərinə qarşı Tel-Əbyadda bomba yüklü avtomobillə hücum təşkil edib.

Gununsesi.org-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 3 əsgər şəhid olub, 18 əsgər xəsarət alıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin 9 oktyabrda başladığı “Sülh Çeşməsi Hərəkatı”na qatılan SMO-dan indiyə qədər 84 əsgər şəhid olub, 310 əsgər yaralanıb.

 

Gununsesi.org