Terrorçuları sərhəd məntəqəsinə hücum etdi – 6 polis girov götürüldü

  • By admin
  • 01 İyul 2018 16:10


“Taliban” terrorçuları Əfqanıstan Tahar vilayətinin Tacikistanla sərhədində yerləşən Ay Xanım Gömrük Sərhəd Məntəqəsinə hücum ediblər.

Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, atışma zamanı 2 polis öldürülüb, 6-sı isə girov götürülüb.

Həmçinin, gömrük binası yandırılıb.

“Taliban” terror təşkilatı isə hadisədə ən az 40 hərbiçinin öldüyü və yaralandığını iddia edib.

 

Gununsesi.info