Terrorçuların düşərgəsində partlayış – Ölən və yaralananlar var

  • By admin
  • 26 Noyabr 2016 17:19

ypg_cekilmiyor_ilerliyor_1479439150_8555

 

Suriyanın Həsəkə vilayətinə bağlı Tel-Təmur rayonunda PYD terror təşkilatının hərbi düşərgəsində güclü partlayış baş verib.

Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var.

Qeyd olunur ki, partlayış yanacaq deposunda hələ ki, səbəbi bilinməyən yanğına görə olub.

Bir neçə dəfə də ard-arda baş vermiş partlayışlar zamanı düşərgədə ABŞ və İngiltərə əsgərləri olub.

 

Gununsesi.info