“Terrorçuların İsveç tərəfindən maliyyələşdirilməsi mövzusunda Türkiyə haqlıdır” – Keçmiş nazirdən etiraf

  • By admin
  • 07 İyul 2023 16:54

İsveçin keçmiş XİN başçısı Ann Linde İsveçin PKK terrorçularını maliyyələşdirdiyini etiraf edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Linden açıqlamasında Türkiyənin bu mövzuda haqlı olduğunu söyləyib.

Keçmiş nazir Litvanın paytaxtı Vilnusda keçiriləcək NATO Zirvəsindən öncə Türkiyənin narahatlıqlarının haqlı olduğunu dilə gətirib.

Xatırladaq ki, Türkiyə İsveçin NATO-ya üzvlüyü məsələsində bu ölkənin PKK Terrorçularına maliyyə dəstəyi verməsini əsas gətirərək veto edir.

 

Tərcümə: Arzu

Gununsesi.info