Terrorçunun kimliyi saçı və qan izlərinin analizləri zamanı aydınlaşdı

  • By admin
  • 09 Yanvar 2017 11:16

 reina-saldirisini-yapan-teroristin-ailesi-gozaltina-alindi-8282818

Yeni il gecəsi Türkiyənin İstanbul şəhərində “Reina” gecə klubunda terror hadisəsi törədən şəxslə bağlı yeni məlumatlar ortaya çıxıb.

 Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terroru törədən şəxs  28 yaşlı Yəhya Maşrapov hadisədən əvvəl silahının üzərindəki kodu silib və olay zamanı barmaq izi buraxmamağa çalışıb.
Ancaq terrorçunun kimliyi saçı və qan izlərinin analizləri zamanı aydınlaşıb.
Qeyd edək ki, ümumilikdə hadisə zamanı 700 adamın olduğu klubda 16 nəfər  əcnəbi  olmaqla  39 nəfər öldürülüb, 69 nəfər yaralanıb. 

 Gülnaz Qənbərli

Gununsesi.info