Terrorizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən əməliyyatlarda 442 nəfər həbs olunub

  • By admin
  • 09 Yanvar 2017 15:50
pkkli-militan-897x494
Terrorizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən əməliyyat nəticəsində 442 nəfər  həbs olunub.
Gununsesi.info “milliyet”-ə istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi terrorla mübarizə çərçivəsində həyata keçirdiyi əməliyyatla bağlı açıqlama yayıb. Nazirliyin yaydığı məlumatda bildirilir ki, son bir həftə ərzində  terrorçulara qarşı mübarizə çərçivəsində 253 əməliyyat həyata keçirilib. Bu əməliyyatlar nəticəsində 9 terrorçu zərərsizləşdirilib. Onlardan 3-ü ölüb, 2-si təslim olub, 4-ü isə sağ yaxalanıb.
PKK-ya dəstək verən 344 nəfər saxlanılıb və onlardan 36-ı barədə həbs qətimkan tədbiri seçilib. Bu istiqamətdə həyata keçirilən əməliyyatlar nəticəsində  terrorçular tərəfindən istifadə olunan  48 sığınacaq, mağara, gizlənmə yeri, 45 əl qumbarası və mina aşkar edilərək məhv edilib.
Bundan əlavə olaraq, ümumilikdə 183 kq partlayıcı maddə, 33 əl bombası və 70  müxtəlif növ silah aşkar edilərək götürülüb.
FETÖ/PYD-yə qarşı mübarizə çərçivəsində isə 627 nəfər saxlanılıb ki, onlardan 406-ı barədə həbs qətimkan tədbiri seçilib.
DİN-in verdiyi məlumatda o da qeyd olunur ki, külli miqdarda narkotik maddələr götürülüb.
Bu işlə məşğul olan 106 nəfər saxlanılıb.
Gununsesi.info