“Tesla” bazar dəyərinə görə “Facebook”u ötdü

  • By admin
  • 09 Yanvar 2021 12:29
ABŞ-ın elektrikli avtomobil istehsalçısı – “Tesla” şirkəti bazar dəyərinə görə ölkənin texnologiya nəhəngi – “Facebook” sosial şəbəkəsini geridə qoyub.
Gununsesi.org məlumat verir ki, bu barədə “Fox News” telekanalına istinadən xəbər verir.
Məlumata görə, “Tesla” son günlər kapitallaşmasını 100 milyard ABŞ dolları məbləğində artıraraq 834 milyard dollara çatdırıb və bununda da ABŞ-ın 5-ci ən bahalı şirkəti olub. 6-cı yerdə qərarlaşmış “Facebook”un bazar dəyəri isə 643 milyard dollar təşkil edir.

Gununsesi.org