
Amerikanın elektrikli avtomobil istehsalçısı “Tesla” Çində satılan 1,6 milyon elektrik avtomobilini avtomatik sükan və qapıların kilidləmə funksiyalarında problemlərə görə geri çağırıb.
Gününsesi.info bildirir ki, şirkətdən verilən açıqlamada bu problemlərin qəzalara səbəb ola biləcəyi bildirilib.
Açıqlamada sözügedən avtomobillərin avtomatik sükanı idarəetmə və qapı kilidləmə funksiyalarında problemlərin aşkarlandığı bildirilib. Açıqlamada problemlərə görə qəza riskinin olduğu bildirilib.
Şirkət qəzalara səbəb ola biləcək problemi aradan qaldırmaq üçün xaricdən gətirilən 1,6 milyon “Model X”, “Model S”, “Model 3” və “Model Y” elektrik avtomobillərini geri çağırıb. Bildirilib ki, “Tesla”nın Pekin və Şanxaydakı mərkəzlərindən proqram yeniləmələri vasitəsilə uzaqdan düzəlişlər edilə bilər.
Gününsesi.info