“Tesla”nın səhmləri kəskin ucuzlaşıb

  • By admin
  • 08 Sentyabr 2020 19:20

“Tesla” səhmlərinin dəyəri Nasdaq birjasında əməliyyat zamanı 18,09% enib.

Gununsesi.info “Vedomosti”yə istinadən xəbər verir ki, şirkətin 1 səhminin dəyəri 418,32 dollardan 337,9 dollara düşüb.

Bakı vaxtı ilə saat 18:07-dək “Tesla”nın 1 səhminin dəyəri 345,6 dollaradək korrektə edilib.

Bu, sentyabrın 7-də “S&P Dow Jones” İndekslər Komitəsinin bütün rəsmi tələblərə cavab verməsinə baxmayaraq, şirkəti “S&P 500″ə daxil etməkdən imtina etməsindən sonra baş verib.

Bundan başqa, gün ərzində “Apple”ın səhmləri 3,05%, “Amazon”un 2,20%, “Facebook”un isə 1,81% ucuzlaşıb.

 

 

Gununsesi.info