Testlərin sayı 917 mini keçdi

Azərbaycanda indiyədək koronavirusa görə aparılan testlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6137, ötən müddət ərzində isə ümumilikdə 917 027 test aparılıb.

Gununsesi.info