Texasda bəzi müəssisələr bomba təhlükəsi səbəbindən boşaldılıb

  • By ilhame
  • 28 Yanvar 2024 12:49

ABŞ-nın Texas ştatının El-Paso şəhərinin mərkəzindəki müəssisələr bomba təhlükəsi səbəbindən boşaldılıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə yerli KFOX14 telekanalı məlumat yayıb.

 

Bildirilir ki, polis qərargahının yaxınlığındakı ərazidə olan müəssisə işçiləri təxliyə edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, miqrant problemi ABŞ administrasiyası ilə Texas hakimiyyəti arasında qalmaqala səbəb olub.

 

Nəticədə Ağ Ev rəhbəri Cozef Bayden Texas hakimiyyətinə ABŞ Ali Məhkəməsinin qərarına əməl etmək və Milli Qvardiya qüvvələrinin federal hökumətə yerləşdirildiyi sərhəd patrul postlarını təhvil vermək üçün 24 saat vaxt verib. Bu ultimatum bitdikdən sonra nə baş verəcəyi hələlik məlum deyil.

 

Texas Vaşinqtonun sərhədlərin bağlanmasına son qoymaq tələblərinə və təmas zonasına nəzarəti təhvil vermək ultimatumuna baxmayaraq, Meksika ilə sərhədində əlavə tikanlı məftillər çəkməyə başlayıb.

Gununsesi.info