Texasda böyük yanğınlar: Yaşayış məntəqələri təhlükə altındadır

  • By admin
  • 29 Fevral 2024 09:12

ABŞ-ın Texas ştatında başlayan və güclü külək nəticəsində minlərlə hektar əraziyə yayılan meşə yanğını bölgədəki qəsəbələri təhdid edir.

Gununsesi.info bildirir ki, ABŞ-ın Texas ştatının şimalındakı Panhandle qəsəbəsində fevralın 26-da başlayan “Smokehouse Creek” adlı meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib.

Ştat rəsmiləri Panhandledə baş verən yanğınlar səbəbindən minlərlə sakinin təxliyə edildiyini və yanğın başlayandan bəri təxminən 500 min hektar ərazinin təsirləndiyini bildirib.

Güclü külək səbəbiylə yanğınların bölgəyə sürətlə yayıldığını bildirən səlahiyyətlilər, görünməni azaldan tüstü səbəbiylə bölgədə bir çox yolun nəqliyyata bağlandığını bildirib.

Texas qubernatoru Qreq Abbott verdiyi açıqlamada fevralın 26-dan bəri davam edən meşə yanğınları səbəbindən 60 əyalətdə fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.

2006-cı ildə Texasda 900 min akrdan çox ərazini məhv edən daha bir böyük yanğın baş verib. Mövcud vəziyyət nəzərə alınaraq, “Smokehouse Creek”in əyalətdə ən çox zərər verən ikinci yanğın olduğu bildirilib.

Gununsesi.info