
FETÖ istintaqı çərçivəsində İstanbulda əməliyyat keçirilib.
Gununsesi.info-nun “Akşam” qəzetinə istinadən xəbər verir ki, İstanbul şəhər prokurorluğunun təlimatı üzrə Yıldız Texniki Universitetində keçirilən əməliyyat nəticəsində 30 nəfər akademik saxlanılıb. Onlardan14-ü həbs olunub. Qalanı isə sərbəst buraxılıb.
Şübhəlilər İstanbulun Təhlükəsizlik İdarəsinə aparılıblar. Onlar “ByLock” kompüter əlaqələndirmə proqramından istifadə etməkdə şübhəli bilinirlər. FETÖ lideri bu proqram vasitəsilə tərəfdarlarına müxtəlif təlimatlar verib.
Anar
Gununsesi.info