Teymur Mustafayevin ailəsi: “Koronavirusdan yox, şəkərli diabetdən ölüb” - TƏBİB çətin vəziyyətə düşdü

  • By admin
  • 12 İyun 2020 16:49

Ötən gün koronovirusdan vəfat etdiyi açıqlanan xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayevin ailəsi bildirir ki, mərhum sənətkar koronavirusdan ölməyib.

Gununsesi.org Musavat.com-a istinadən xəbər verir ki, xalq artistinin nəvəsi Orxan Həsənli babasının koronovirusdan yox, şəkər xəstəliyindən dünyasını dəyişdiyini açıqlayıb:

“Mən Teymur Mustafayevin nəvəsiyəm. Babamın koronovirusdan öldüyü yalan məlumatdır. Babam şəkərli diabetdən dünyasını dəyişib. Başqa məlumatlara inanmayın”.

Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.

T.Mustafayev bu gün doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında – həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

Dəfn mərasimində məhdud sayda insan (xalq artistinin yaxın ailə üzvləri) iştirak edib.

Gununsesi.org