Teymur Rəcəbov İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq

  • By admin
  • 18 İyun 2022 12:02

Beynəlxalq qroyssmeystr Teymur Rəcəbov Madriddə təşkil olunan şahmatçıların İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

Gununsesi.info xəbər verir ki, Azərbaycan təmsilçisi ikinci turda qara fiqurlarla amerikalı Hikaru Nakamuraya qarşı oynayacaq.

Birinci turda Fransa təmsilçisi Alireza Firuzca ilə heç-heçəyə razılaşan T.Rəcəbov 0,5 xalla 3-6-cı yerləri bölüşdürür.

Madrid turnirinə iyulun 7-də yekun vurulacaq. Bu yarışın qalibi şahmat tacı uğrunda həlledici görüşdə dünya çempionu, norveçli Maqnus Karlsenlə qarşılaşacaq.

Gununsesi.info