Tez məşhur olmaq üçün… -YENİ ÜSUL

  • By admin
  • 13 Mart 2018 14:18
“Azərbaycan geosiyasi vəziyyəti böyük dövlətlərin Azərbaycana olan  marağı, bu maraqlar altında  yatmış məkrli niyyətlər  özünü bütün sahələrdə büruzə verir. Bu hücumların əsas istiqamətlərindən biri də  mədəniyyətimizə, dilimizə, dinimizə və tariximizə  qarşı hücum kamapaniyasdır. Belə hallar tarixin bütün dövrlərində  yarı gizli, yarı açıq formada olub. Ancaq təəssüf olsun ki, indi  özümüz özümüzün tariximizə, mədəniyyətimizə,  keçmişimizə ləkə yaxmaqla məşğuluq”.
 Bu fikirləri Gununsesi.info-ya açıqlamsında millət vəkili Fəzail İbrahimli böyük, nakam şairimiz Mikayıl Müşfiqə və son dövrlərdə digər tarixi şəxsiyyələrimizə, ziyalılarımıza, şair və yazıçılarımıza qarşı olan hücumlarla bağlı mövqeyini açıqlayıb.
“Bax elə götürək Səməd Vurğunu…Deyirlər ki, sovet rejiminə xidmət edib. Onun ideoloji şair olduğunu iddia edib ona hücum edirlər. Bəs, o zaman sovet rejimi ilə barışmayan, qələmini bu xalqın yolunda süngüyə çevirən, ömrünü bu millətə bağışlayan Mikayıl Müşfiqə hansı ləkəni yaxmaq olar?!  Dedik o birisi ideoloji şair olub, bəs buna nə ad verək?!”- deyə,millət vəkili vurğulayıb.
F. İbrahimli əlavə edib ki, böyük istedad sahibləri olan Mikayıl Müşfiq, Səməd Vurğun və digərləri bizim dünənimizdir: “Belə bir deyim var, deyərlər ki, dünəninə daş atanları gələcək topa tutar. Səmədin, Mikayılın bu millət üçün etdiyinin heç olmasa bir faizini edənlərin onlar  haqqında danışmağa haqqı çatar. həyat və yaradıcılığını tədqiq edən, öyrənən insanlar, o dövrün ictimai-siyasi proseslərini, mənəvi pisxoloji mühitini bilənlər danışa bilər.
Yoxsa, indi nə var ki… Deyilən sözə görə nə cəza, nə ictimai qınaq yoxdur. Ona görə də hesab edirəm ki, bütün bunlar  bir mərkəzdən idarə olunan ayrı-ayrı obrazlarda  çıxış edən insanların əməlləridir”.
 Millət vəkili əlavə edib ki, ona görə də  nə tariximizə, nə tarixi şəxsiyyətlərimizə daş atmaq olmaz: “Bunun bədəli ağır olur”.
F. İbrahimli deyib ki, bu sözü deyən şəxs əvvəlcə bu millət üçün  nə isə etsin və ortaya qoysun, sonra da özünü   bu tarixi şəxsiyyətlərlə  bir sıraya qoysun: “Görsün bu sırada hardadır.  Sonra desin ki, uca boylu olduğum üçün onlara yuxarıdan aşağı baxıram. Axı sən özün kiçik boylu  olduğundan heç bu sıradan görünmədiyin, adın-sanın olmadığı, cəmiyyətin tanımadığı halda hansı mənəvi haqla belə bir iddia ortaya qoyursan?  Son dövrlədə belə hallar bir dəbə çevrilib, kim məhşurlaşmaq istəyirsə bu  cür metodlara əl atır. Belə hallar adətən müğənnilər edir. Onlar  belə şoular yaratmaqla cəmiyyətin diqqətini özlərinə cəlb etmək istəyirlər. Axı alimin, yazıçının, şairin, mütəxəssisin bu formada ortaya çıxması mümkün deyil. Bunun sonu yoxdu.  Bu hərəkətlər uğursuz sonluqla nəticələnir”.
 Millət vəkili daha ciddi bir məqama toxunaraq qeyd edib ki, belə məsələlərdə  insanların genetik kodu da mühüm rol oynayır. “Hazırda Azərbaycanda 30 min ermənin yaşadığını deyirik.  Adını, soyadını dəyişdirib genetik kodu bu xalqa düşmən digərlərini hələ demirəm. Necə ki, bu gün Türkiyə belə bir problemlə üzləşib. Yəni vaxtı ilə ad və soyadını dəyişənlər indi əyləşib yüksək kürsülərdə və indi də  başlayırlar dövlətin əleyhinə  fəalyyət göstərməyə. İçi erməni çölü türk olanları deyirəm. İndi Azərbaycanda da belə problem mövcuddur. İçi başqa millətdən olan, Azərbaycanı sevməyən o qədər insan var ki, onlar əllərinə fürsət  düşən kimi  qılınclarını itiləyib  bu millətin boynuna söykəyib kəsməyə çalışırlar. Bax problemlərdən biri də budur”- deyə, millət vəkili bildirib.
Mürtəza Bünyadlı
Gununsesi.info