“Tezliklə mühüm xəbərlərimiz olacaq” -Zelenski

  • By admin
  • 25 Noyabr 2022 10:07

“Hər saat işğalçıların Xersona və regionun digər bölgələrinə hücumları barədə xəbərlər alıram. Rusiya ordusu Xerson vilayətini tərk etməyə məcbur olandan sonra terror başladı. Bu, məğlub olanların qisasıdır”.

Gununsesi.info xəbər verir ki, bunu Ukraya Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, Rusiya necə mübarizə aparacağını bilmir və buna görə də terrora əl atır. Onun sözlərinə görə, enerji, artilleriya və raket terroru deqradasiyanın nəticəsidir.

“Xalqımızı torpaqların azad edilməsi və Ukrayna üçün etibarlı təhlükəsizlik təminatı Rusiyanın istənilən eskalasiyasından qoruya bilər. Bunun üçün biz hər gün tərəfdaşlarla işləyirik. Tezliklə mühüm xəbərlərimiz olacaq”, – deyə Zelenski vurğulayıb.

Gununsesi.info