“Tezliklə Dağlıq Qarabağ da bu nailiyyətlərdən bəhrələnəcək” - NOVRUZ MƏMMƏDOV

  • By admin
  • 18 Oktyabr 2017 17:22

novruz-memmedov

Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov  Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə xalqımızı təbrik edib.

Gununsesi.info-nun məlumatına görə, N.Məmmədov ötən 26 ildə Azərbaycanın müstəqil dövlət kimi dünyaya tanındığını söyləyib: “Bu gün müstəqilliyinin 26-ci ilində keçdiyi inkişaf yolu və əldə etdiyi nailiyyətləri ilə Azərbaycan Respublikası bütün dünyaya səs sala bilib. Əminəm ki, erməni işğalçılarından tezliklə azad olunacaq Dağlıq Qarabağ və digər rayonlar da bu nailiyyətlərdən bəhrələnəcəklər. Bütün məni izləyənləri Dövlət Müstəqilliyi günü münasibətilə ürəkdən təbrik edirəm!”, – deyə prezidentin köməkçisi özünün “Twitter” səhifəsində yazıb.

Gununsesi.info