Azərbaycan manatının məzənnəsi 2029-cu ilə kimi sabit qalacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit”in ölkə ilə bağlı proqnozunda bildirilib.
EIU hesab edir ki, AMB-nin 2024-2028-ci illərdə əsas siyasət prioriteti böyük həcmdə valyuta ehtiyatları nəzərə alınmaqla manatın məzənnəsini sabit saxlamaqdır.
Gununsesi.info