Dünya şöhrətli aktrisa Gena Rowlands 94 yaşında dünyasını dəyişib. Dəfələrlə Emmi mükafatını qazanan Rowlands “The Notebook”dakı filmdə “Allie” adlı xarakterin yaşlı halını canlandıraraq, alzheimer xəstəsi rolunu aparıb.
Gununsesi.info xarici mətbuata istinad edərək xəbər verir ki, “Notebook” və “Başqa qadın” kimi filmlərdəki rolları ilə tanınan məşhur aktrisa 1974-cü ildə “Təsir altında olan qadın” və 1980-ci ildə “Qloriya” filmləri ilə “Oskar”a namizəd olmuşdur. Aktrisaya bir müddət əvvəl alzheimer diaqnozu (yaddaşın itməsi G.H) qoyulmuşdur.
Təsadüfə bax ki, məşhur aktyor “The Notebook” filmində də, alzheimer xəstəsi obrazını canlandırıb.
4 Emmi və 2 Qızıl Qlobus, 2 dəfə də Oskar mükafatına namizəd olan aktrisa 2015-ci ildə aktyorluğu buraxmışdı.
(Gena Rowlands, The Notebook filminden G.H)