THY İstanbuldan bütün reyslərini təxirə salıb

  • By admin
  • 24 Yanvar 2022 19:10

“Türk Hava Yolları” aviaşirkəti (THY) İstanbula yağan güclü qar səbəbindən bu şəhərdən edilən bütün reysləri təxirə salıb.

Gununsesi.info-nun verdiyi xəbərə görə, bu barədə məlumatı THY-nin mətbuat katibi Yəhya Üstün sosial media hesabından yayıb.

O, qeyd edib ki, kəskin hava şəraiti səbəbindən THY-nin İstanbul Hava Limanından edilən uçuş əməliyyatları yanvarın 25-i saat 04:00-dək təxirə salınıb.

 

 

Gununsesi.info