Tib Universitetində yeni rektor “təmizləmə” əməliyyatına başladı - Hələ ki "könüllü" gedirlər

  • By admin
  • 28 İyul 2016 16:40

tibb

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının baş direktoru Surxay Musayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib.

Universitetdən Gununsesi.info-ya verilən məlumata görə, həmin vəzifəyə Tədris Terapevtik Klinikasının Daxili xəstəliklər və Reanimasiya kafedrasının müdiri, dosent Könül Xəlilova təyin edilib. S.Musayev isə həmin klinikanın uşaq xəstəlikləri kafedrasının professoru kimi fəaliyyətini davam etdirəcək.

Digər dəyişikliklə ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev vəzifəsindən azad edilib. Onun yerinə Rauf Bəylərov təyin edilib.

Xatırladaq ki, Azərbaycanın baş psixiatrı Gəray Gəraybəyli bir neçə ay əvvəl ATU-ya rektor təyin edilib.

 

Gununsesi.info