Tibb aləmində bir ilk: Donuzun orqanı xəstəyə köçürüldü

  • By admin
  • 22 Mart 2024 09:08

ABŞ-ın Boston şəhərində həkimlər ilk dəfə olaraq geni dəyişdirilmiş donuz böyrəyini xəstəyə köçürüblər.

Gununsesi.info xəbər verir ki, Bostondakı Massaçusets Xəstəxanasından yayılan açıqlamada cərrahların 16 martda geni dəyişdirilmiş donuz böyrəyini köçürdüyü 62 yaşlı Riçard Slaymanın vəziyyətinin yaxşılaşdığı və tezliklə evə buraxılmasının gözlənildiyi bildirilib.

“Mən 11 ildir ki, burada xəstəyəm və həkimlərim transplantasiya ola biləcəyini qeyd edəndə, bunun təkcə özümə deyil, sağ qalmaq üçün orqan transplantasiyasına ehtiyacı olan minlərlə insana ümid verə biləcəyini düşündüm”, – Slayman deyib.

Həkim Tatsuo Kavai bu transplantasiyanın böyrək çatışmazlığı olan milyonlarla insana kömək əli uzadacağına ümid etdiklərini vurğulayıb.

Transplantasiya ianəsini gözləyən insanlara heyvan hüceyrə, toxuma və ya orqanlarının transplantasiyası kimi tanınan “ksenotransplantasiya” müalicəsi 2022-ci ilin may ayında bir donuzdan bir böyrək müvəqqəti olaraq beyin ölümü olan iki xəstəyə köçürülərək sınaqdan keçirilib.

7 yanvar 2022-ci ildə ABŞ-ın Merilend ştatında bir xəstəxanada ilk dəfə donuz ürəyi köçürülən 57 yaşlı David Bennett əməliyyatdan 2 ay sonra dünyasını dəyişib.

Eyni xəstəxanada 20 sentyabr 2023-cü ildə ikinci dəfə donuzdan insana ürək nəqli əməliyyatı edildi və transplantasiya edilən 58 yaşlı Lourens Faucette əməliyyatdan 6 həftə sonra vəfat edib.

 

Gununsesi.info