
“Həkimlər arasında koronavirusa yeni yoluxma halları müşahidə olunur”.
Gununsesi.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün keç brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, həkimlər arasında yoluxanlar daha çox pandemiya xəstəxanalarında deyil, digər tibb müəssisələrində çalışan əməkdaşlardır:
“Bu da müxtəlif səbəblərdən olub. Yoluxmalar xüsusilə, həkimlər arasında deyil, aşağı tibb personalı arasında müşahidə olunur. Bu gün TƏBİB tabeliyində 97 min 500 nəfər tibb işçisi var. Onların hər birinin birmənalı şəkildə qaydalara əməl etdiyini deyə bilmərik”.
R.Bayramlı onu da əlavə edib ki, virusa yoluxan bəzi tibb işçiləri xəstəxanalarda deyil, kənarda bu xəstəliyə yoluxublar:
“Həmin şəxslərin evdə, ailə üzvləri arasında xəstəliyə yoluxan şəxslərlə ünsiyyətdən sonra COVİD-19-a yoluxduqları müəyyən olunub. Bu, tibb müəssisəsindəki xəstələr üçün də təhlükəli vəziyyət yarada bilir. Lakin əvvəlki aylarda tibb işçiləri arasında yoluxmalar 600-700 nəfərə çatırdısa, indi bu rəqəmlər kifayət qədər azalıb. Amma bütün hallarda tibb işçiləri dünya ölkələrində də risk altındadırlar”.
Gununsesi.org